AZ

Olimpiyadaya vəsiqə qazanan idmançımız qitə çempionu olub

Azərbaycan avarçəkəni Diana Dımçenko Avropa çempionu olub. Sport24.az xəbər verir ki, Olimpiyadaya vəsiqə qazanan idmançımız bu uğura Polşanın Qdansk şəhərində keçirilən sahil avarçəkməsi və çimərlik sprint üzrə qitə birinciliyində imza atıb.
 
Millinin lideri bir nəfərlik qayıqla təsnifat mərhələsində finişə birinci çataraq A finalına yüksəlib. Həlledici mərhələdə 5-ci sırada mübarizə aparan Dımçenko irlandiyalı Dukarska Monika və finlandiyalı Karpinen Eavanı geridə qoyaraq fəxri kürsünün birinci pilləsinə yüksəlib.
 
Qeyd edək ki, iki nəfərlik qayıqda Bakı Avarçəkmə və Kanoe İdman (BAKİ) klubunun üzvləri Murad Sadıqov - Boqdan Qladçenko cütlüyü də A finalında mübarizə aparıb. Təmçilərimiz 6-cı yerdə qərarlaşıblar.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
21
3
sport24.az

10Mənbələr