AZ

“Dövlət qulluqçularının peşə bayramı” münasibətilə Baş Prokurorluqda tədbir keçirilib (FOTO)

Bakı. Trend:

23 iyun – Azərbaycan Respublikasında Dövlət Qulluqçularının PeşəBayramı günü münasibətilə Azərbaycan Respublikasının BaşProkurorluğunda Baş prokurorun rəhbərliyi ilə prokurorluğun dövlətqulluqçuları və veteran dövlət qulluqçularının iştirakı ilə tədbirkeçirilib.

Tədbirdə çıxış edən Baş prokuror Kamran Əliyev AzərbaycanRespublikasında demokratik, hüquqi və dünyəvi dövlət qurulmasıprosesində dövlət qulluğunun rolunu və xalqımızın Ümummilli lideriHeydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə müstəqil və müasirdövlət qulluğu sisteminin yaradıldığını, “Dövlət qulluğu haqqında”21 iyul 2000-ci il tarixli Qanun da daxil olmaqla dövlət qulluğunadair bir sıra qanunvericilik aktlarının qəbul edildiyini, həmçininAzərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 25 may2006-cı il tarixli Sərəncamı ilə 23 iyun tarixinin ölkəmizdə Dövlətqulluqçularının peşə bayramı günü kimi təsis edildiyini diqqətəçatdırıb.

Çıxış zamanı ölkədə dövlət qulluqçularının sayının 27 min nəfərolduğu və onların 29,7 faizini qadınların təşkil etdiyi, həmçininprokurorluq orqanlarında 642 nəfər dövlət qulluqçusunun fəaliyyətgöstərdiyi, həmin şəxslərdən isə 32,9 faizini qadınların təşkiletdiyi qeyd olunaraq ölkə başçısı tərəfindən dövlət qulluqçularınagöstərilən xüsusi diqqət və qayğıya, həmçinin Möhtərəm Prezidentindövlət qulluqçularının fəaliyyətində müəyyən etdiyi prinsiplərətoxunulub.

Tədbirdə Baş prokuror tərəfindən peşə bayramı ilə əlaqədarmüvafiq əmrlə təltif edilmiş 24 dövlət qulluqçusu və 4 prokurorluqorqanlarında çalışmış veteran dövlət qulluqçularına hədiyyələrtəqdim edilib.

Dövlət qulluqçuları və veteranlar göstərilən diqqət və qayğı iləəlaqədar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevvə Birinci vitse-prezident Mehriban xanım Əliyevayaminnətdarlıqlarını bildirib.

“Dövlət
“Dövlət
“Dövlət
“Dövlət
“Dövlət
“Dövlət
“Dövlət
“Dövlət
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
42
10
az.trend.az

10Mənbələr