AZ

Yağışdan sonra Bakı küçələri - VİDEO

Səhər saatlarında ölkə ərazisinə yağan yağış rayonlarda olduğu kimi, Bakıda da fəsadlara səbəb olub. 
 
Bununla bağlı sosial şəbəkələrdə çoxsaylı görüntülər də paylaşılıb. Yağıntıdan sonra şəhərin mərkəzi küçə və prospektlərində gölməçələr yaranıb, bəzi hissələr, ümumiyyətlə, keçilməz hala düşüb.
 
Moderator.az bildirir ki, “Qafqazinfo” məsələ ilə bağlı “Azərsu” ASC-yə müraciət edib. Qurumun Mətbuat xidmətinin rəisi Anar Cəbrayılov sorğunu belə cavablayıb: “Leysan zamanı çökək ərazi olduğundan qısamüddətli su yığılması olub. Daşıyıcı kollektorlar, nasosxanalar normal rejimdə işləyib. Həm tullantı, həm də yağış suları rejimə uyğun fəsadsız kənarlaşdırılıb. Qısamüddət sonra sular tam axıb gedib”.

Seçilən
66
8
moderator.az

9Mənbələr