AZ

Flaş iddia: Hizbullah İsrailə hücum edə bilər

İsrail təhlükəsizlik mənbələrinin məlumatına görə, Hizbullah İsrailə qarşı qabaqlayıcı zərbə endirə bilər. İki ölkə sərhədində gərginlik sürətlə artarkən, Küveyt Livandakı vətəndaşlarından bir an əvvəl ölkəni tərk etmələrini istəyib.

Turkustan.az xəbər verir ki, iddia, adı açıqlanmayan təhlükəsizlik mənbələrinə əsaslanaraq, ivritdilli “Walla” saytının xəbərində yer alıb. Xəbərə görə, təhlükəsizlik mənbələri “Hizbullahın baş katibi Həsən Nəsrullahın İsrailin Livanın cənubuna gözlənilməz və böyük bir hücuma keçməsindən çox qorxur və bu qorxuya görə hücuma keçərək qabaqlayıcı addım atmağı düşünür”.

Gərginlik artdıqca Küveyt Livandakı vətəndaşlarından Hizbullah və İsrail sərhədində yaranan gərginliyə görə bu ölkəni tez bir zamanda tərk etmələrini istəyib.

Küveyt Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlamada, hazırda Livanda olan vətəndaşlardan ən qısa zamanda ölkəni tərk etmələri, ölkəni tərk edə bilməyənlərdən isə dərhal Küveytin Livan səfirliyi ilə əlaqə saxlamaları istənilib. Bəyanatda həmçinin vətəndaşlara bölgədəki şərtlər və təhlükəsizliklə bağlı inkişaflar fonunda Livana səfər etməməyə çağırılıb.

Oktyabrın 7-dən Qəzza zolağına hücumlarını davam etdirən İsrail şimal sərhədində də Livan Hizbullahı ilə döyüşür. Son həftələr İsrail və Livan arasında "Mavi xətt" adlanan sərhəd xəttində gərginlik artmaqdadır.

İsrail ordusu iyunun 18-də Livana mümkün hücum üçün “əməliyyat planını” təsdiqlədiyini açıqlayıb.

Eltac Zülfüqaroğlu/Turkustan.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
56
2
turkustan.az

3Mənbələr