AZ

AÇ-2024: Türkiyə millisi bu gün Portuqaliya ilə qarşılaşacaq

Almaniyada keçirilən Avropa çempionatında bu gün qrup mərhələsinin 2-ci turunun son oyunları baş tutacaq.



Komanda.az xəbər verir ki, günün ilk qarşılaşması Gürcüstan və Çexiya milliləri arasında olacaq.



Gürcülər F qrupunun ilk matçında Türkiyəyə (1:3), çexlər isə Portuqaliyaya (1:2) məğlub olublar.



Bu qrupun digər oyununda Türkiyə millisi Portuqaliya ilə qarşılaşacaq. Hesabında 3 xal olan komandalardan biri qalib gələcəyi təqdirdə, 1/8 finala vəsiqənitəmin edəcək.



Günün son qarşılaşmasında Belçika millisi ilə Rumıniya üz-üzə gələcək.



Belçika ilk görüşdə Slovakiya yığmasına (0:1) məğlub olub, Rumıniya isə Ukraynanı üstələyib – 3:0.



AÇ-2024, 2-ci tur



22 iyun



F qrupu



17:00. Gürcüstan – ÇexiyaBaş hakim: Daniel Zibert (Almaniya)Hamburq, “Folksparkştadion”



20:00. Türkiyə – PortuqaliyaBaş hakim: Feliks Şvayer (Almaniya)Dortmund, “Siqnal İduna Park”



E qrupu



23:00. Belçika – RumıniyaBaş hakim: Şimon Marçinyak (Polşa)Köln, “Reyn Enerqi” stadionu

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin EtiketlərAÇ-2024 Türkiyə milli komandası

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
43
6
komanda.az

10Mənbələr