AZ

Tramp ABŞ-ın əsas ştatlarında Baydeni üstələdi

ABŞ-ın keçmiş prezidenti Donald Tramp qarşıdan gələn prezident seçkilərinin nəticələrini həll edə biləcək altı ştatda dəstək baxımından indiki dövlət başçısı Co Baydeni qabaqlayır.

"Cebhe.info" xəbər verir ki, bunu Amerikanın Emerson College universitetinin analitik xidməti və The Hill qəzetinin keçirdiyi sorğunun nəticələri sübut edir.

Sorğu iyunun 13-dən iyunun 18-dək aparılıb. Burada hər ştatdan 1000 qeydiyyatdan keçmiş amerikalı seçici iştirak edib.

Noyabrın 5-də ABŞ-da növbəti prezident seçkiləri keçiriləcək.

"Cebhe.info" 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
47
4
cebheinfo.az

10Mənbələr