AZ

Avro-2024: Türkiyə Portuqaliyaya qarşı

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatında bu gün qrup mərhələsinin II turunun görüşləri başa çatacaq.

Sitat.info xəbər verir ki, günün ilk qarşılaşması Hamburq şəhərində, Gürcüstan və Çexiya milliləri arasında baş tutacaq.

Bu qrupun digər oyununda, Dortmund şəhərində qardaş ölkə Türkiyə Portuqaliya ilə münasibətlərinə aydınlıq gətirəcək.

Günün son qarşılaşması isə Köln şəhərində gerçəkləşəcək. Belçika və Rumıniya komandalarının oyunundan sonra E qrupu da daxil olmaqla, II turun görüşləri başa çatacaq.

Avro-2024

22 iyun

II tur

F qrupu

17:00. Gürcüstan-Çexiya

Baş hakim: Daniel Zibert (Almaniya).

Hamburq, “Folksparkştadion”.

20:00. Türkiyə-Portuqaliya

Baş hakim: Feliks Şvayer (Almaniya).

Dortmund, "Siqnal İduna Park".

E qrupu

23:00. Belçika-Rumıniya

Baş hakim: Şimon Marçinyak (Polşa).

Köln, “Reyn Enerqi” stadionu.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
47
17
sitat.info

10Mənbələr