AZ

AÇ-2024-də 8-ci gün: qrup mərhələsində 2-ci tura yekun vurulur - YENİLƏNİR

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatında bu gün qrup mərhələsinin 2-ci turunun görüşləri başa çatacaq.

"Football-plus" xəbər verir ki, günün ilk qarşılaşması Hamburq şəhərində, Gürcüstan və Çexiya milliləri arasında baş tutacaq.

Gürcüstanlılar F qrupunun ilk matçında Türkiyəyə (1:3), çexiyalılar isə Portuqaliyaya (1:2) məğlub olublar.

Bu qrupun digər oyununda, Dortmund şəhərində qardaş ölkə Türkiyə Portuqaliya ilə münasibətlərinə aydınlıq gətirəcək. Hesabında 3 xal olan kollektivlərdən biri qalib gələcəyi təqdirdə, 1/8 finala vəsiqəni təmin edəcək.

Günün son qarşılaşması isə Köln şəhərində gerçəkləşəcək. Belçika və Rumıniya komandalarının oyunundan sonra E qrupu da daxil olmaqla, II turun görüşləri başa çatacaq.

Qeyd edək ki, Belçika ilk görüşdə Slovakiya yığmasına (0:1) məğlub olub. Rumıniya isə Ukraynanı üstələyib - 3:0.

AÇ-2024
22 iyun
2-ci tur
F qrupu
Gürcüstan - Çexiya

Baş hakim: Daniel Zibert (Almaniya).
Hamburq, “Folksparkştadion”. Saat 17.00.

Türkiyə - Portuqaliya
Baş hakim: Feliks Şvayer (Almaniya).
Dortmund, "Siqnal İduna Park". Saat 20.00.

E qrupu
Belçika - Rumıniya

Baş hakim: Şimon Marçinyak (Polşa).
Köln, “Reyn Enerqi” stadionu. Saat 23.00.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
47
17
football-plus.az

10Mənbələr