AZ

Ruslara pis xəbər: Artıq şəxsi uçuşlardan istifadə edə bilməyəcəklər

Avropa İttifaqı ruslar üçün şəxsi uçuşları qadağan edəcək.
 
Bu addım Aİ-nin sayca 14-cü anti-Rusiya sanksiya paketindən irəli gəlir.
 
Belə ki, Aİ-nin sanksiyaları Rusiya aviasiyasına qarşı tədbirlərin daha da sərtləşdirilməsinə səbəb olacaq.
 
“Rossiyskaya qazeta”nın məlumatına görə, istər istirahət, istərsə də işgüzar məqsəd üçün Avropaya getmək istəyən ruslara şəxsi təyyarələrdən istifadəyə icazə verilməyəcək.
 
Yeni məhdudiyyətlər iyunun 24-də Aİ Xarici Əlaqələr Şurasının iclasında təsdiqlənəcək./Globalinfo.az
Seçilən
80
referans.az

1Mənbələr