AZ

“Qərbi Azərbaycana qayıdış” olimpiadasının qalibləri mükafatlandırıldı – FOTOLAR

İyunun 21-də Elm və Təhsil Nazirliyi, Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi, Təhsil İnstitutu, Qərbi Azərbaycan İcması və Naxçıvan Dövlət Universitetinin tərəfdaşlığı ilə Naxçıvanda keçirilən
“Qərbi Azərbaycana qayıdış” festival-konqresi çərçivəsində “Qərbi Azərbaycana qayıdış” olimpiadasının qalibləri mükafatlandırılıblar.
Olimpiadanın final mərhələsində iştirak edən 36 nəfərdən 19-u qalib olub. Onlardan 3 nəfər I, 6 nəfər II, 10 nəfər isə III yerə layiq görülüb.
I yeri tutaraq qızıl medala layiq görülən 3 nəfər qalibdən biri Bakı DÜNYA Məktəbinin Azərbaycan bölməsinin X sinif şagirdi Ramal Məmmədovdur. Bu işdə üzərində zəhmət çəkən, başda DÜNYA Məktəbinin müəllimi Lamiə Mədətli olmaqla digər müəllimləri Bəhruz Qurbanov, Rövşən Cəlilov və Sadiq Əliyevə minnətdarlığını bildirən Ramal
Məmmədov DÜNYA Məktəbinin dərs əlaçısı, iftixarlı yetirməsidir. Qeyd edək ki, qaliblərə diplom və hədiyyələri Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, elm və təhsil naziri Emin Əmrullayev, Naxçıvan Muxtar Respublikasının təhsil naziri Elxan Nəcəfov, Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, millət vəkili Əziz Ələkbərli, Türkiyənin İğdır Universitetinin rektoru Mehmet Hakkı Alma və digərləri təqdim ediblər.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
18
5
moderator.az

10Mənbələr