AZ

FED 4 böyük bankın mümkün iflas planlarını zəif hesab edir

ABŞ Federal Ehtiyat Sistemi (FED) və ABŞ Federal Əmanətlərin Sığortalanması Korporasiyası (FDIC) Bank of America, Citigroup, Goldman Sachs və JPMorgan Chase banklarının mümkün müflisləşmə ilə bağlı hazırladıqları planlarda zəifliklərin aşkar edildiyini bildirib.

Marja.az xəbər verir ki, FED və FDIC maliyyə çətinliyi və ya çökmə vəziyyətində 8 böyük bankın müflisləşməsinin nizamlı şəkildə həlli strategiyasını müəyyən edən planlarına baxışın nəticələrini açıqlayıb.

Açıqlamada Bank of America, Citigroup, Goldman Sachs və JPMorgan Chase-in planlarında “zəif tərəflərin” aşkar edildiyi bildirilib.

Wells Fargo, Bank of New York Mellon, State Street və Morgan Stanley tərəfindən təqdim edilən planlarda heç bir zəiflik aşkar edilmədiyi qeyd edilib.

Əlavə olunub ki, sözügedən 8 banka onların strategiya və imkanlarının davamlı olaraq təkmilləşdirilməsi istiqamətləri göstərilməklə məktublar göndərilib və qeyd olunan çatışmazlıqlar 2025-ci il iyulun 1-dək aradan qaldırılmalıdır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
18
1
marja.az

2Mənbələr