AZ

"Çılpaq oturduğumu iddia etdi": Məşhur model azərbaycanlı sevgilisindən ayrılma səbəbini AÇIQLADI

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Rusiyalı məşhur teleaparıcı, model, bloqer və iş xanımı Viktoriya Bonya özündən 13 yaş kiçik olan azərbaycanlı iş adamı Ruslan Həsənovla ayrılığının səbəblərini açıqlayıb.
Məşhur model, Ruslanın onu əsassız qısqandığı və nəzarət etməyə çalışdığını etiraf edib.
O, "Zlıye yazıki" verilişində iş adamı ilə aralarında nə baş verdiyi barədə ilk dəfə danışıb.
Teleulduz daha gənc görünmək üçün plastik əməliyyat etdirdiyini qeyd edib.
"Onun yaşına uyğun olmaq üçün plastik əməliyyat etdirdim. Qarımış görünməmək üçün (mənə belə deyirdilər) uyğunlaşmaq istədim", - deyə Viktoriya bildirib.
Aparıcı bununla belə Ruslanın onu dostuna qısqandığını, daim nəzarət altında olduğunu və bu səbəbdən münasibətlərinin bitdiyini deyib.
"Los-Ancelesdə idim və dostum Filip Pleynə (məşhur dizayner) zəng etdim, biz uzun illərdir tanışıq. Sosial şəbəkədə Filiplə söhbətimizin əks olunduğu və üzümün görünmədiyi skrinlər paylaşdım. Ruslan mənə zəng edib bunu silməyimi tələb etdi və "orada xələtdə çılpaq oturmusan" dedi. Xələtimin ətəkləri bağlı idi. Ona dedim ki, bu mənim dostumdur. Bu hadisədən sonra onunla münasibətimə son qoydum", - deyə model bildirib.
Qeyd edək ki, Viktoriya bir müddət Ruslanla münasibətlərini gizli saxlayıb. Sonradan məlum olub ki, iş adamı evlidir. Bonya Ruslanın artıq həyat yoldaşı ilə yaşamadığını, boşanmağa çalışdığını, lakin həyat yoldaşının buna mane olduğunu bildirib.
Sevgililər münasibətlərini açıqladıqdan sonra tədbirlərə birlikdə qatılmağa başlayıblar. Lakin tezliklə Bonya, Ruslanla ayrıldıqlarını və səbəblərdən birinin yaş fərqi olduğunu qeyd edib.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
52
50
oxu.az

10Mənbələr