AZ

İmtahanda yüksək bal toplayan ana və qızları danışdılar

Test imtahanında ana və iki qızı yüksək nəticə əldə ediblər. Cəlilabad şəhər 1 nömrəli məktəb-liseyin üç müəllimi Asya Yusifova 58 bal, onun qızları - Mehriban Şikarlı 58 bal, Günel Şikarlı isə 59 bal toplayıblar.Metbuat.az xəbər verir ki, onlar sevinclərini "Xəzər Xəbər"lə bölüşüblər. Asya Yusifova sualların asan olduğunu bildirib:"Riyaziyyat-informatika fənnini tədris edirəm. Suallar gözlədiyimdən də asan idi".Qeyd edək ki, Lənkəran-Astara Regional Təhsil İdarəsi üzrə sertifikatlaşdırma prosesinin 21, 22 və 24 iyun tarixlərində keçiriləcək test imtahanı mərhələsinə 1 930 nəfər təhsilverən cəlb olunub.Ətraflı süjetdə:


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
44
7
metbuat.az

10Mənbələr