AZ

Qəzzada saxlanılan girovlardan neçəsi sağdır? - AÇIQLAMA

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Fələstinin radikal HƏMAS hərəkatı tərəfindən hələ də Qəzza zolağında saxlanılan 116 girovdan ən azı 50-si sağ ola bilər".
Bu barədə mənbələrə istinadən "The Wall Street Journal" (WSJ) nəşri məlumat yayıb.
Bildirilib ki, anklavda qalan 66 nəfər, görünənə görə, artıq həyatda deyil.
WSJ ağır saxlanma şəraiti, aldıqları yaralar və lazımi tibbi yardımın göstərilməməsi səbəbindən girov götürülənlərin sayının arta biləcəyini istisna etmir.
Xatırladaq ki, fevral ayında WSJ ABŞ və Misir rəsmilərinə istinadən HƏMAS tərəfindən əsir götürülən azı 50 nəfərin öldüyünü bildirmişdi.
Mənbə: TASS
Seçilən
108
50
oxu.az

10Mənbələr