AZ

HƏMAS Ermənistana təşəkkür etdi

Fələstinin HƏMAS hərəkatı Fələstini tanımaq qərarına görə Ermənistana təşəkkür edib.

 

Senzor.az-ın məlumatına görə, HƏMAS bununla bağlı yaydığı bəyanatında bildirib ki, hərəkat “Ermənistanın Fələstin Dövlətini tanıması bəyannaməsini” alqışlayır və “bunu xalqımızın hüquqlarının beynəlxalq səviyyədə tanınmasının möhkəmləndirilməsi istiqamətində mühüm addım, eləcə də iki dost xalqımız arasında münasibətlər tarixində yeni səhifə hesab edir”.

 

Xatırladaq ki, cümə günü səhər saatlarında Ermənistan Xarici İşlər Nazirliyi ölkənin Fələstinin dövlətçiliyini tanıdığını bəyan edib. İrəvan qeyd edib ki, o, Yaxın Şərqdə sülh və sabitliyin bərqərar olmasında, yəhudi və Fələstin xalqları arasında davamlı sülhün bərqərar olmasında maraqlıdır”.

 

Senzor.az

Seçilən
98
1
senzor.az

2Mənbələr