AZ

Naxçıvan yaylaqlarında “Qərbi Azərbaycana qayıdış” festivalı

Zəngəzur Milli Parkının Batabat yaylağında təşkil olunan “Qərbi Azərbaycana qayıdış” festival-konqresi bədii hissə ilə davam edib.

"Report"un yerli bürosu xəbər verir ki, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli tədbirdə iştirak edib. Tədbirdə Naxçıvan Dövlət Universiteti və Azərbaycan Milli Konservatoriyasının kollektivlərinin ifasında Qərbi Azərbaycanın yurd yerlərinə həsr olunmuş mahnılar, folklor nümunələri təqdim olunub, Naxçıvan Dövlət Universiteti Musiq Kollecinin təqdimatında “Misri” kompozisiyası nümayiş etdirilib.
Festival iştirakçıları Qərbi Azərbaycan tarixi, mədəniyyəti və məişətinə dair nümayiş etdirilən kitab, monoqrafiya,jurnal və qəzetlərlə tanış olublar.

Batabat yaylağının füsunkar mənzərəsi fonunda toy məclisi qurulub, Qərbi Azərbaycandan olan iki gəncin toy mərasimi təşkil olunub. Mərasimdə bu əzəli yurd yerimizin toy adətləri: “Elçilik”, “Nişan taxma”, “Paltar biçmə”, “Çörəküstü”, “Xına”, “Gəlin köçürmə” kimi mərasimlər nümayiş etdirilib. Toy mərasimində Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsi və Musiqi Kollecinin müəllim və tələbələrinin ifasında qərbi azərbaycanlı soydaşlarımıza məxsus musiqi nömrələri, aşıq havaları, kompozisiyalar səsləndirilib, yallı və digər rəqs nümunələri ifa olunub, xalq oyunları göstərilib. Pedaqoji fakültənin tələbələri isə Qərbi Azərbaycanda məşhur olan idman oyunlarınınümayiş etdiriblər.

Naxçıvan Dövlət Universitetinin Texnologiya Mərkəzi tərəfindən təşkil olunan Qərbi Azərbaycan mətbəxinə məxsus kulinariya sərgisi də festival-konqres iştirakçılarının böyük marağını cəlb edib. Sərgiyə 60-dan çox milli yemək, 44 çeşiddə meyvə və meyvə qurusu, 30 adda müalicəvi bitki, 94 növdə mürəbbə, 12 adda bitki çayı, 13 növdə şirniyyat, 20-dən çox adda xoşab və meyvə şirəsi çıxarılıb.

Festival iştirakçıları “Azərgold” QSC-nin stendinə baxıblar. Stenddə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100, Heydər Əliyev Fondunun yaranmasının 20 illiyinə, eləcə də milli ornamentlərimizi əks etdirən qızıl və gümüş sikkələr nümayiş etdirilib.

Seçilən
172
5
aznews.az

6Mənbələr