AZ

İctimai və dövlət maraqlarının müdafiəsi hər zaman prioritet hesab olunur - TƏHLİL

İctimai və dövlət maraqlarının qorunması istənilən bir cəmiyyətin başlıca məqsədlərindən hesab olunur. Ona görə cəmiyyətin başlıca məqsədlərindən hesab olunur ki, ictimai və dövlət maraqlarının qorunması bütövlükdə cəmiyyət üçün həyati əhəmiyyət kəsb edir. Sözsüz ki, hər ikisinin, yəni, ictimai və dövlət maraqlarının qorunmasının öz aktuallığını hər zaman qoruması da məhz bu baxımdan başadüşüləndir. Görünür elə buna görə də ölkəmizdə ictimai və dövlət maraqlarının müdafiəsi təmin edilir və hər zaman prioritet hesab olunur.

Hər bir cəmiyyəti təşkil edən fərdlərin rifahının ifadə olunduğu, individual mahiyyəti ümumi anlayışa yönləndirən və çoxluğun marağını üstün sayan məhz ictimai maraqlardır. Sirr deyil ki, ictimai maraqların tanınması, təbliği və müdafiəsi hökumət və onun strukturları tərəfindən sığortalanır. Sözsüz ki, bu maraqların məhz müasir cəmiyyətlərdə daha geniş və çoxşaxəli anlam kəsb etməsi, eləcə də dövlət-vətəndaş münasibətlərinə birbaşa təsir gücünə malik olması da diqqətdən yayınan deyil. Əlbəttə ki, ictimai maraqları tənzimləyən, müdafiə edən məhz dövlətdir və unutmaq lazım deyil ki, ictimai maraq fərdi maraq anlayışı ilə qətiyyən əlaqələndirilməməlidir.

Bizim ölkəmizdə dövlət maraqları, ictimai və milli maraqların təmin olunması prioritet hesab olunur. Ümumiyyətlə, xalqımızın, Azərbaycan xalqının fundamental dəyər və məqsədlərini, həmçinin insan, cəmiyyət və dövlətin tərəqqisini təmin edən siyasi, iqtisadi, sosial, eləcə də digər tələbatların məcmusu milli maraq sayılır. ictimai maraq və dövlət marağı məfhumlarının mahiyyətini dərk edən, bu mövqeyi ictimai, siyasi münasibətlərdə və dövlətlə əlaqələrində nümayiş etdirməyi bacaran, formalaşmış yetkin bir cəmiyyət olan Azərbaycan cəmiyyətinin intellektual əsaslarda formalaşmış modern bir cəmiyyət kimi xarakterizə olunması bu baxımdan heç də təsadüfi deyil və biz bunu xüsusi ilə qürur hissi ilə qeyd edirik. “Bizim siyasətimizin təməlində dövlət maraqları, xalqla iqtidar arasında birlik dayanır”, deyə bəyan edən cənab Prezident İlham Əliyevin bu fikirləri bir sıra məqamlardan xəbər verir. Bu, ilk növbədə ondan xəbər verir ki, ölkəmizdə həm dövlət mənafeyinə zərər gəlməyən, həm də ictimai maraqlar təmin edilən, ortaq maraqlar müəyyənləşdirilən, həmçinin üst-üstə düşən ideal cəmiyyət formalaşıb.

Ölkəmizdə dövlət və cəmiyyət maraqlarının mükəmməl vəhdəti Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu azərbaycançılıq ideologiyasına əsaslanır və Ulu Öndərin irəli sürdüyü bu konsept dövlət, cəmiyyət maraqları və fərdin mənəvi maraqlarının vəhdəti kimi bütün azərbaycanlıları birləşdirən zəruri, güclü bir zəmin rolunu oynayır. Dahi rəhbərin müəllifi olduğu azərbaycançılıq ideologiyasına əsaslanan həmin konsept bu gün də qüvvədədir və Ulu Öndərin layiqli davamçısı cənab Prezident İlham Əliyev ölkəmizdə dövlət və cəmiyyət maraqlarının mükəmməl vəhdətinə xüsusi önəm verir və diqqət ayırır. Nəzərə alınır ki, dövlətin suverenliyinin möhkəmlənməsi üçün milli dövlət maraqları ilə ümummilli maraqların üst-üstə düşməsi önəmli şərtdir və bu baxımdan da deyə bilərik ki, Azərbaycan dövlətinin suverenliyinin, müstəqilliyinin möhkəmlənməsi heç də təsadüfi deyil.

Xüsusilə vurğulamaq yerinə düşərdi ki, ictimai və dövlət maraqlarının qorunması məsələsində inkişafa, irəliləyişə nail olmaq üçün ilk növbədə hər bir tərəf öz üzərinə düşən məsuliyyəti nəzərə almalı və öz üzərinə düşəni yerinə yetirməlidir. Biz hamımız şahidiyik ki, dövlətimiz bu istiqamətdə öz üzərinə düşəni edir. Amma bununla yanaşı, vətəndaşlarımızın da öz üzərinə düşəni etməsi gərəkir. Bilmək lazımdır ki, hər bir vətəndaş ilk növbədə dövlətin yanında olmalı, dövlətin siyasətini dəstəkləməli, dövlətin müəyyənləşdirdiyi qanunlara əməl edərək, öz tövhəsini verməlidir. Nəzərdən qaçırmaq olmaz ki, vətəndaşlar normalara həssas yanaşmalı, ələlxüsus da ictimai mənafeyə zərər vuracaq addımlar atmamalıdırlar və ictimaiyyət özü də bu məsələlərə xüsusi diqqət ayırmalıdır. Bir halda ki, dövlət ictimai asayişi təmin edir, ictimai maraqları qoruyur, deməli, eyni zamanda, vətəndaşlar da vətənə bağlılıqlarını itirməməlidirlər. Vətənə bağlılıq, vətənpərvərlik hər bir vətəndaş üçün ən həssas məqam hesab olunmalıdır.

Sözsüz ki, vətənə bağlılıq dedikdə, təkcə Azərbaycanda yaşayan vətəndaşlarımızın vətənə bağlılığı nəzərdə tutulmur. Əlbəttə ki, ölkə hüdudlarından kənarda yaşayan soydaşlarımızın da vətənə bağlılığı olmalı, xaricdə yaşayan həmvətənlərimiz belə vətənimzlə əlaqədar bağlara sahib çıxmalıdırlar. Hər bir azərbaycanlı, harada yaşamasından, harada məskunlaşmasından asılı olmayaraq, Azərbaycan həqiqətlərinin, xalqımıza məxsus olanın, eləcə də reallıqların dünyaya, dünya ictimaiyyətinə çatdırılmasında səy göstərməli və bütün bacarıqlarını səfərbər etməlidir. Eyni zamanda, hər bir azərbaycanlı ailəsində vətənə məhəbbət hissi, vətənpərvərlik tərənnüm edilməlidir. Həmvətənlərimiz öz övladlarını vətənə bağlılıq tərbiyəsində böyütməlidirlər ki, ermənilərin, hayların timsalında üzərimizə gəlmək istəyən yağıların əməllərini ifşa edəcək, özlərini də məğlub edəcək ruhda yetişsinlər. Deməli, hər birimiz bilməliyik ki, ictimai və dövlət maraqlarının qorunması kontekstində kimliyindən, hansı peşənin sahibi olmasından asılı olmayaraq hər bir vətəndaşımızın üzərinə böyük məsuliyyət düşür.

Heç şübhəsiz ki, ictimai və dövlət maraqlarının qorunması istiqamətində mariflənmənin aparılması da vacib şərtdir. Əlbəttə ki, vətənpərvərlik ideologiyasının gənclər arasında təbliğatı olduqca önəmlidir və bu istiqamətdə ölkəmizdə görülən işlər başadüşülən, eləcə də təqdirəlayiqdir. Orta təhsil müəssisələrində, peşə təhsili müəssisələrində, hətta ali təhsil ocaqlarında ictimai və dövlət maraqlarının qorunması barədə kifayət qədər təbliğatın aparılması, maarifləndirmənin həyata keçirilməsi olduqca əhəmiyyətlidir. Hər birimiz çox yaxşı bilirik ki, məhz milli maraqlar, ictimai və dövlət maraqlarının müdafiəsi istiqamətində aparılan işlər sayəsində cəmiyyətimizdə layiqli gənclər yetişib və biz bunun 44 günlük müharibə zamanında əyani şahidi olduq. Şahidi olduq ki, hər qarış torpaq uğrunda canından, qanından keçən şəhidlərimiz, öz həyatlarını qurban verməyə hazır olan və bu yolda zərrə qədər tərəddüd etməyən qazilərimiz üçün milli maraqlar, ictimai və dövlət maraqları, vətən hissi, vətəndaşlıq duyğusu hər şeydən üstün, hər şeydən vacib hesab olunur. Azərbaycan gənclərinin vətənin ərazi bütövlüyü uğrunda dövlətin ətrafında birləşməsi, ictimai və dövlət maraqlarına böyük önəm verməsi sayəsində, həmrəyliyimiz, birliyimiz sayəsində, rəşadətli Azərbaycan Ordusu məhz Müsəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin qətiyyəti, siyasi iradəsi, uzaqgörənliyi, liderliyi və rəhbərliyi ilə ən qısa zamanda işğala son qoyduğunun, torpaqlarımızın işğaldan azad olunduğunun, bununla da ölkəmizin ərazi bütövlüyünün təmin edildiyinin hər birimiz şahidiyik. Bu gün də Azərbaycanın Qarabağ iqtisadi rayonunda aparılan yenidənqurma, abadlıq işlərində xalq və dövlət birliyinin ən parlaq nümunəsini görməkdəyik. Gördüyümüz həmin işlər, əlbəttə ki, bizim ümumi maraqlarımızın, ictimai və dövlət maraqlarının təmin edilməsi, qorunması üçündür. Deməli, ictimai və dövlət maraqlarının qorunmasının gündən-günə aktuallığı, vacibliyi artır və bu, prioritet məsələ hesab olunur.

Müəllif: İnam Hacıyev

6.3.4. “İctimai və dövlət maraqlarının müdafiəsi”

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin dəstəyi ilə hazırlanmışdır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
105
1
sia.az

2Mənbələr