AZ

Balakəndə TIR-la minik avtomobili toqquşdu: ölən var - FOTO

Balakəndə ağır yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az xəbər verir ki, qəza Yevlax – Zaqatala – Gürcüstanla dövlət sərhədi yolunun Katex kəndindən keçən hissəsində qeydə alınıb.

Balakən sakini, 48 yaşlı Kənan Ağayevin idarə etdiyi “Mercedes” markalı avtomobil Türkiyə vətəndaşı, 32 yaşlı Mustafa Makar Nureddin oğlunun idarə etdiyi iritonnajlı yük maşınına (TIR) çırpılıb.

Nəticədə Kənan Ağayev aldığı ağır xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Onun meyiti avtomobildə sıxılmış vəziyyətdə qaldığından hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Zaqatala Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin xilasediciləri cəlb ediliblər.

Meyit çıxarılaraq müvafiq qaydada təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
28
6
avtosfer.az

7Mənbələr