AZ

Hollandiya Ukraynaya Patriot göndərəcək

Hollandiya Müdafiə Nazirliyinin rəhbəri Kaysa Ollonqren krallığın başqa ölkə ilə birləşmək və Ukraynaya "Patriot" hava hücumundan müdafiə sistemi göndərmək qərarına gəldiyini açıqlayıb.

"Operativ Media" xəbər verir ki, bu barədə "NL Times" informasiya portalı məlumat yayıb.

Məlumata görə, Hollandiya və başqa bir ölkə vahid sistemə yığılacaq fərdi komponentləri yığa bilib. Nazir tədarükdə iştirak edəcək dövlətin adını açıqlamayıb. Müdafiə Nazirliyinin rəhbəri sistemlərin Kiyevə təhvil verilmə vaxtını da deməyib.

Bundan əvvəl Hollandiya Hərbi Hava Qüvvələrinin komandanı general Arno Stallmann Ukraynanın krallığın ona vəd etdiyi F-16 qırıcılarını yayda ala biləcəyini təsdiqləyib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
22
3
operativmedia.az

4Mənbələr