AZ

Balkan dövlətlərində kütləvi halda elektrik enerjisi KƏSİLDİ

Bu gün günorta saatlarında bəzi Balkan dövlətlərinin elektrik enerjisi sistemi tamamilə dağılıb.

 

Sfera.az bildirir ki, Balkanların bütün regionu: Bosniya və Herseqovina, Albaniya, Monteneqro, Xorvatiya və Serbiyanın bir hissəsi işıqsız qalıb.


Çöldəki qırx dərəcə isti isə vəziyyəti daha da ağırlaşdırıb.


Sarayevoda havanın temperaturu +40 dərəcəyə çatıb. Yerli sakinlər kondisionerlərin dayanması səbəbindən istidən şikayətlənir, soyuducular işləmədiyi üçün mağazalar artıq itkiləri hesablamağa başlayıb. Həmçinin yollarda işıqforun söndürülməsi səbəbindən nəqliyyatın hərəkəti xeyli çətinləşib.

 

Bosniya Müstəqil Sistem Operatorunun ilkin məlumatına görə, elektrik kəsilməsi regionda elektrik şəbəkəsində problemlər və 400 kV-luq əsas birləşdiricilərin həddən artıq yüklənməsi səbəbindən baş verib.


Vəziyyətin normallaşmasına 400 kV və 220 kV-lik xətlərdə yüksək gərginlik mane olur ki, bu da elektrik naqillərinin yandırılmasını qeyri-mümkün edir.

 

Lakin sonradan bəzi ərazilərə elektrik enerjisi verilməyə başlayıb.

 

Bundan əlavə, elektrik xəttinin nasazlığı nəticəsində Monteneqro ilə sərhəddə ucqar ərazidə böyük yanğın baş verib.

 

Aynil

Seçilən
98
1
sfera.az

2Mənbələr