AZ

Gürcüstanın Aİ-yə daxil olması üçün gözlənilən tarixlər açıqlanıb

Gürcüstan qarşısına iddialı məqsəd qoyur - 2030-cu ilə qədər Avropa İttifaqına üzv olmaq.

 

Oxu24.com  xəbər verir ki, bunu baş nazir İrakli Kobaxidze Berlində Gürcüstanın Müstəqillik Gününə həsr olunmuş qəbulda çıxışı zamanı deyib.

“Bizim iddialı hədəfimiz var - 2030-cu ilə qədər Gürcüstanı Avropa İttifaqına üzv etmək. Bu gün uşaqlarımız Aİ-nin himnini qeyri-adi şəkildə ifa etdilər və mən əminəm ki, bu uşaqların gələcəyi Aİ-dədir”, - deyən Kobaxidze birliyə qoşulmağın mühüm milli vəzifə olduğunu bildirib.

 

Gürcüstan hökumət başçılarının fikrincə, bu məqsədə nail olmaq üçün müttəfiqlərin və Gürcüstana dost ölkələrin dəstəyi vacibdir.

 

Mayın 14-də Gürcüstan parlamenti xarici agentlər haqqında qanun layihəsini sonuncu üçüncü oxunuşda qəbul edib. 84 deputat lehinə, 30-u əleyhinə səs verib.

 

Bundan əvvəl Gürcüstanın baş naziri Kobaxidze bildirib ki, Gürcüstan abxaz və osetin “qardaş və bacıları” ilə birlikdə Aİ-nin tamhüquqlu üzvü olmağa ümid edir.

 

Nigar

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
70
1
oxu24.com

9Mənbələr