AZ

AVRO-2024: Ukrayna Slovakiyanı məğlub edib

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatında bu gün qrup mərhələsinin II turunun növbəti oyunları keçirilir.

 

Pravda.az xəbər verir ki, günün ilk qarşılaşması Düsseldorf şəhərində, Slovakiya və Ukrayna yığmaları arasında baş tutub.

 

Ukrayna geridönüş edərək vacib qələbə qazanıb.

 

Qeyd edək ki, slovakiyalılar E qrupunun ilk matçında Belçikaya qalib gəliblər - 1:0. Ukraynalılar isə Rumıniyaya 0:3 hesabı ilə məğlub olublar.

 

AVRO-2024

 

21 iyun

 

II tur

 

E qrupu

 

17:00. Slovakiya - Ukrayna 1:2

 

Qollar: Şranz (17) - Şaparenko, 54. Yaremçuk, 80

 

Baş hakim: Maykl Oliver (İngiltərə).

 

Düsseldorf, "Esprit Arena".

Tarix: 21 İyun 2024, 19:26   
Seçilən
112
6
pravda.az

10Mənbələr