AZ

WhatsApp-ın videozəng imkanı üçün 3 yeni funksiya istifadəyə veriləcək

     WabetaInfo saytının vermiş olduğu məlumata əsasən Meta şirkəti WhatsApp-ın Android üçün nəzərdə tutulmuş 2.24.13.14 nömrəli beta versiyasına 3 yeni funksiyanı əlavə edib. Əlavə edilmiş funksiyalar messencerin videozəng imkanını əhatə edirlər. Beləliklə WhatsApp-ın videozəng imkanına əlavə edilmiş birinci funksiya filtrlərdir. Bu funksiya videozəng zamanı istifadəçi dərisinin teksturunu hamar şəkildə azaltmağa imkan verir. Bunun sayəsində istifadəçi öz görünüşündəki hər hansısa mənfi cəhəti gizlədə bilər.     Bundan əlavə olaraq filtrlər heç bir radikal dəyişikliklər olmadan xarici görünüşün yaxşılaşdırılması üçün dəri rəngini daha dolğun edə bilərlər. İkinci funksiya videozəng zamanı fonun dəyişilməsidir. Bunun sayəsində istifadəçi müxtəlif fonlardan birini seçərək aktual fonu dəyişə bilər. Bu öz növbəsində videozəng prosesinə xüsusi abu-hava qatacaq. Üçüncü funksiya isə AR effektlərdir. Bu funksiya videozənglərin daha əyləncəli olmasına istiqamətlənib. Bu funksiyaların stabil WhatsApp-da nə zaman istifadəyə veriləcəkləri bilinmir.

Seçilən
120
technote.az

1Mənbələr