AZ

İsrail Ermənistana sərt xəbərdarlıq edib

İrəvanın Fələstin dövlətçiliyini tanıması onun İsraillə münasibətlərinə mənfi təsir göstərəcək.

 

Oxu24.com xəbər verir  ki,bunu Yəhudi Dövlətinin Baş nazirinin ofisinin müşaviri Dmitri Gendelman deyib.

 

“Ermənistanın Fələstin dövlətini tanıması HƏMAS və digər Fələstin qruplarından olan terrorçular və qatillər üçün bir mükafatdır” – deyə o, öz Telegram kanalında yazıb.

 

Bundan əvvəl Ermənistan Xarici İşlər Nazirliyi bəyanat yayıb ki, İrəvan beynəlxalq hüquqa və xalqların bərabərlik, suverenlik və dinc yanaşı yaşaması prinsiplərinə sadiqliyini bir daha təsdiq edərək, Fələstin dövlətini tanıyır.

 

Buna cavab olaraq İsrail Xarici İşlər Nazirliyi Ermənistanın yəhudi dövlətindəki səfirini “ciddi töhmət vermək üçün” çağırıb.

 

Miri

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
27
1
oxu24.com

2Mənbələr