AZ

“Milli Qurtuluş müstəqil dövlətin taleyinihəll edən böyük tarixi hadisədir”

Azərbaycan xalqının taleyində böyük əhəmiyyəti olangünlərdən biri tariximizə qızıl hərflərlə yazılmış 15 İyunMilli Qurtuluş Günüdür. 1993-cü il iyunun 15-də UluÖndər Heydər Əliyevin hakimiyyətə qayıdışı iləAzərbaycan dərin ictimai-siyasi iqtisadi böhrandan xilasoldu, inkişafın sarsılmaz təməlləri qoyuldu. 1993-cü iliyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası AliSovetinin sədri seçilmişdir. 1993-cü il iyunun 24-də MilliŞuranın qərarı ilə Azərbaycan Respublikası Prezidentininsəlahiyyətləri Ali Sovetin sədri Heydər Əliyevə verilmişdir. 1997-ci ilin iyun ayında isə Milli Məclis 15 iyun gününübayram elan etmişdir;

Görkəmli dövlət xadimi Heydər Əliyevin xalqın təkidli tələbiilə 1993-cü il iyunun 9-da Naxçıvandan Bakıya-MüstəqilAzərbaycan Respublikasının rəhbərliyinə dəvət olunması əvvəlcə Milli Məclisin Sədri, sonra isə ölkə Prezidentivəzifəsinə seçilməsi xalqımızın gənc müstəqildövlətimizin Milli Qurtuluşunun əsasını təşkil edir. UluÖndər Heydər Əliyevin adı ilə bağlı olan Milli Qurtuluşmüstəqil dövlətin taleyini həll edən böyük tarixi hadisədir.

1993-cü ilin əvvəllərində ölkədə fəaliyyət göstərən bəzisilahlı dəstələrin yol verdikləri başıpozuq hərəkətlər, Azərbaycanın daxilində qardaş qırğını vətəndaşmüharibəsinə zəmin yaranması, ayrı-ayrı 5 bölgələrdə isəseparatçılıq parçalanma meyllərinin baş qaldırmasıAzərbaycanın bir dövlət kimi varlığına son qoyulmasıplanını tam gücü ilə işə salmışdı. 1993-cü il iyunun 4-də Gəncədə polkovnik Surət Hüseynovun nəzarəti altındaolan hərbi hissənin hakimiyyətə itaətsizliyi isə ölkənitamamilə xaosa sürükləyirdi. Vəziyyəti nəzarətə almaqüçün hakimiyyətin atdığı tələsik addımlar müsbət nəticəvermirdi.
Mənim həyatım da, fəaliyyətim yalnız yalnızAzərbaycanın müstəqilliyinin qorunub saxlanmasına, ölkəmizin bu ağır vəziyyətdən qalxmasına həsrolunacaqdır” – deyən Ümummilli Lider problemlərin həlliüçün, ilk növbədə, bütün səylərini ölkədə vətəndaşhəmrəyliyinin, sabitliyin təmin olunmasına yönəltdi bunanail oldu. Böyük risklərə baxmayaraq, Ulu Öndər dövlətin dövlətçiliyin qorunması məsuliyyətini öz üzərinəgötürdü.
Belə bir vəziyyətdə hakimiyyətə gələn Heydər Əliyevinmüdrikliyi ilə Azərbaycanın bir sıra ciddi problemləri həllinitapdı. Ölkəmiz hər şeydən əvvəl vətəndaş müharibəsitəhlükəsindən, parçalanmadan beynəlxalq aləmdəntəcrid olunmaqdan xilas olduÖtən müddət ərzindərespublikada baş verənləri tək-tək sadalamağa ehtiyacyoxdur. Böyük zəhmət, gərgin fəaliyyət sayəsində başagələn daxili içtimai-siyasi sabitlik, sosial inkişaf nəhayət, olduqca böyük iqtisadi tərəqqiMəhz ümumilli liderHeydər Əliyevin yorulmaz fəaliyyəti nəticəsində bu günrespublikamız öz inkişaf tempinə görə nəinki MDB ölkələrindən, hətta dünyanın bir çox iri inkişaf etmişdövlətlərindən öndədir.
Heydər Əliyevin xalqımız qarşısında ən böyük xidmətikəskin geosiyasi ziddiyyətlərin mövcud olduğu bir şəraitdəAzərbaycan dövlətçiliyini xilas etməsidir. Dövlətimizinqorunub saxlanılması isə azadlığımızın, müstəqilliyimizinqorunub saxlanma deməkdir, qurtuluş deməkdir!


1993-2003-cü illərdə Azərbaycanın sürətli inkişafı bugünküreallıqların bünövrəsidir. Həmin illərdə görülmüş işlərsayəsində Azərbaycan inkişaf yoluna qədəm qoydu, beynəlxalq aləmdə daxili siyasətlə bağlı bütünməsələlərdə öz prinsipial mövqeyini nümayiş etdirdi, dünyada böyük hörmətə malik oldu. Ölkə daxilindəbaşlanan islahatlar dövlətimiz üçün həlledici roloynamışdır.

Zamanın axarında Azərbaycan da, həyatımız da tamamilədəyişib. Dəyişməyən yeganə reallıq xalqın öz böyükoğluna tükənməz məhəbbət ehtiramıdır. Vətəni xalqıqarşısında misilsiz xidmətlər göstərmiş Heydər Əliyevinideyaları yaşayır, yollarımızı daim işıqlandırır.
Bu gün Ulu Öndərin yolu əzmlə davam etdirilir ölkəmiziinamla irəli aparır. Yeni dünya siyasətinin incəliklərinədərindən bələd olan, milli maraqları qətiyyətlə müdafiəedən Prezident İlham Əliyev öz titanik fəaliyyəti iləAzərbaycanı qüdrətli ölkəyə, dünyada söz nüfuzsahibinə çevirir.

Eltun Süleymanov,

Nəsimi RİH-nin yanında İctimai Şuranın sədr müavini

Seçilən
134
1
yenigundem.az

10Mənbələr