AZ

Serbiya AVRO-2024-dən çəkilir?

İyunun 19-da Almaniyanın Hamburq şəhərində oynanılan Albaniya-Xorvatiya matçında bəzi alban və xorvat azarkeşlərin səsləndirdiyi şüarlara və pankartlar gərginliyə səbəb olub. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Serbiya bəzi alban və xorvat azarkeşlərin "çirkin və siyasi" xəritələr və şüarlar olan bannerlər açdıqları üçün UEFA-nı sanksiyalar tətbiq etməyə çağırıb və əks halda AVRO-2024-dən çıxmaqla hədələyib.

Serbiya Futbol Federasiyasının baş katibi Yovan Surbatoviç açıqlamasında "Baş verənlər qəbuledilməzdir və biz UEFA-dan nəyin bahasına olursa-olsun sanksiyalar istəyəcəyik" deyib. "Biz UEFA-dan hər iki komandanın assosiasiyalarının cəzalandırılmasını tələb edəcəyik. Biz bu provokasiyalara qatılmayacayıq, lakin UEFA onları cəzalandırmasa, necə davranacağımızı görəcəklər", deyə, - o əlavə edib.

Serbiyanın turniri vaxtından əvvəl tərk etməsinin hansı nəticələrə gətirib çıxaracağı hələlik bəlli deyil. Digər tərəfdən hələ ki, UEFA-dan rəsmi cavab yoxdur.

Müəllif: Zərdüşt Quluzadə
Seçilən
140
sia.az

1Mənbələr