AZ

Jurnalistlər üçün “Rəqəmsal savadlılıq” təlimi keçirilib - FOTOLAR

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) dəstəyi, “Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası” İctimai Birliyinin təşkilatçılığı ilə jurnalistlər üçün “Rəqəmsal savadlılıq” təlimi keçirilib. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən SİA-ya bildirilib ki, təlim zamanı “Aztelekom” MMC-nin Müştəri təcrübəsinin idarə olunması şöbəsinin müdiri Ayaz Əhmədov və Korporativ əlaqələr sektorunun müdiri Səfər Aslanov çıxış edərək jurnalistlərin suallarını cavablandırıblar.

Çıxış edənlər ölkəmizdə insanların rifahını yaxşılaşdırmaq məqsədilə həyata keçirilən “Onlayn Azərbaycan” layihəsi barədə məlumat veriblər. Bildirilib ki, layihənin icra edildiyi müddətdə təkcə Bakı ərazisində genişozlaqlı internetin əhatə dairəsi 18 faizdən 95 faizə, ölkə ərazisində isə ümumilikdə 9 faizdən 85 faizə yüksəlib.

Qeyd edək ki, təlimə müxtəlif media qurumlarından 40-a yaxın jurnalist cəlb olunub. Məqsəd jurnalistlərin İKT üzrə təhlil və analiz bacarıqlarını daha da inkişaf etdirməkdən ibarətdir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
42
12
sia.az

10Mənbələr