AZ

Niyaməddin Orduxanlı :“Partiyamız seçkiyə hazırlıq mərhələsini yüksək səviyyədə keçirir”

Növbədənkənar parlament seçkiləri ilə bağlı məsələ artıq reallaşıb. Konstitusiyaya uyğun olaraq parlamentin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi barədə Prezidentə müraciət edilməsi ilə bağlı təklif irəli sürülüb. Bununla bağlı artıq qərar qəbul edilib.

Ədalət, Hüquq, Demokratiya partiyası növbədənkənar seçki qərarını necə qiymətləndirir?

Aznews.az xəbər verir ki, Ədalət, Hüquq, Demokratiya partiyasının sədr müavini Niyaməddin Orduxanlı Herbiand.az-a bildirib ki, növbədənkənar seçkilər gözlənilməz qərar olmadı:

“Biz Ədalət, Hüquq, Demokratiya partiyası olaraq uzun müddətdir ki, həm parlament seçkilərində, həm prezident seçkilərində, həm də olaraq bələdiyyə seçkilərində iştirak edirik. Bizim uzun illər seçki təcrübəmiz var, partiyamızın seçkidə iştirakını məqsədə müvafiq hesab edirik. O cümlədən, Ədalət, Hüquq, Demokratiya partiyası seçkiyə hazırlıq mərhələsini yüksək səviyyədə keçirir.

Qanuna görə, noyabrın ilk həftəsində parlament seçkiləri keçirilməli idi. Lakin növbədənkənar parlament seçkiləri bizim üçün gözlənilməz qərar olmadı”.

Niyaməddin Orduxanlı bildirdi ki, Ədalət, Hüquq, Demokratiya partiyasının dərin seçki təcrübəsi var:

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
18
3
aznews.az

3Mənbələr