AZ

Zelenski daha bir rəisi vəzifəsindən azad etdi

Ukrayna Prezidenti Vladimir Zelenski Dövlət Mühafizə Xidmətinin (DMX) rəisi Maksim Donetsi vəzifəsindən azad edib və onun yerinə Aleksey Morozovu təyin edib.

Müvafiq fərman dövlət başçısının saytında dərc olunub.

Kadr dəyişiklikləri Dövlət Mühafizə Xidmətinin on zabitinin şikayətindən sonra baş verib. Onlar Zelenskiyə məktub göndərərək, Donetsin hakimiyyəti uzurpasiya etdiyini və ölkənin ali rəhbərliyinin mühafizəsini təmin etməyə mane olduğunu bildiriblər. Onlar həmçinin iddia ediblər ki, əvvəllər idarə rəisinin müavini vəzifəsində olan Donets, bu vəzifəyə təyin olunmaq üçün sərəncamı özü imzalayıb.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
39
1
azxeber.com

2Mənbələr