AZ

Fransa və ABŞ səfirlikləri ölən ANAMA əməkdaşının ailəsinə başsağlığı verib

Fransa və ABŞ-nin Azərbaycandakı səfirlikləri işğaldan azad edilmiş Cəbrayıl rayonu ərazisində minatəmizləmə işləri zamanı döyüş sursatının partlaması nəticəsində ölən Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı Raqif İsayevin ailəsinə başsağlığı verib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə diplomatik nümayəndəliklərin “X” sosial şəbəkəsindəki hesablarında qeyd edilib.

Bildirilib ki, Fransa və ABŞ minalardan təmizləmə səylərində Azərbaycana dəstək olmağa çalışır.

Seçilən
65
7
operativmm.az

8Mənbələr