AZ

BDU-nun müəllimi faciəli şəkildə öldü - YENİLƏNİB

Bakı Dövlət Universitetinin (BDU) müəllimi Lalə Hüseynovanın ölüm səbəbi məlum olub.

Sabahinfo.az Oxu.Az-a istinadən xəbər verir ki, onun ölümünə səbəb Sumqayıtda, "Yaşma bağları" adlanan ərazidə qəzaya düşməsi olub.

Belə ki, Lalə Hüseynovanın olduğu minik avtomobili yük maşınına çırpılıb.

Hadisə nəticəsində 1974-cü il təvəllüdlü Lalə Hüseynova elə hadisə yerindəcə həyatını itirib, daha 2 nəfər - Mina Aslanova və Könül Babayeva isə xəsarət alıblar.

***

10:00

Bakı Dövlət Universitetinin (BDU) Ekologiya və torpaqşünaslıq fakültəsinin Torpaqşünaslıq və daşınmaz əmlakın kadastrı kafedrasının müəllimi Lalə Hüseynova vəfat edib.

Bu barədə Sabahinfo.az-a universitetdən bildirilib.

Lalə Hüseynova 1974-cü ildə Bakı şəhərində anadan olub. 1991-1996-cı illərdə BDU-nun Biologiya fakültəsində təhsil alıb. O, 2004-2009-cu illərdə BDU-nun Biologiya fakültəsinin Mikrobiologiya kafedrasının qiyabi aspirantı olub. 2009-cu ildə mikrobiologiya ixtisası üzrə fəlsəfə doktoru adı alıb. 2000-2013-cü illərdə BDU-nun Mikrobiologiya kafedrasında böyük laborant, 2013-2023-cü illərdə Torpaqşünaslıq kafedrasında böyük laborant, 2023-cü ildən Torpaqşünaslıq və daşınmaz əmlakın kadastrı kafedrasının müəllimi kimi çalışıb. O, 49-dan çox elmi məqalənin müəllifi olub

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
67
49
sabahinfo.az

10Mənbələr