AZ

Ölkəyə 60 kq marixuana gətirən narkokuryerlər saxlanılıb

DİN Baş Narkotiklərlə Mübarizə İdarəsi tərəfindən Bakıda keçirilən növbəti tədbirlər zamanı saxlanılan Tələt Muradov, Şahlar Qasımov və Famil Əliyevin üzərindən, ev və avtomobilindən 60 kiloqram tərkibi psixotrop maddələrlə zənginləşdirilən marixuana, heroin, metamtefamin, 8780 ədəd metadon həbi aşkarlanıb. Bu barədə iyunun 21-də DİN məlumat yayıb.

Saxlanılan şəxslər şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşları ilə əlbir olaraq ölkəyə narkotiklərin gətirilməsini təşkil ediblər. Onlar qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən narkotikləri Sumqayıt şəhərində dəniz kənarından əldə etdiklərini bildiriblər.

Məhkəmənin qərarı ilə hər üç şəxs saxlanılıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
42
2
turan.az

10Mənbələr