AZ

Bakıda əmisi oğlunu qətlə yetirən şəxsə hökm oxundu

Bakıda əmisi oğlunu qətlə yetirməkdə təqsirləndirilən Nəsimi Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
 
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Anar Sadıqovun sədrliyi ilə keçirilən prosesdə hökm elan edilib.
 
Hökmə əsasən, Nəsimi Hüseynov 17 il müddətinə azadlıqdan məhrum edilib.
 
Qeyd edək ki, hadisə ötən ilin oktyabrında Sabunçu rayonu ərazisində qeydə alınıb. Belə ki, 1984-cü il təvəllüdlü Nəsimi Hüseynovun Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazisində aralarında yaranmış mübahisə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək əmisi oğlu 1988-ci il təvəllüdlü Elməddin Hüseynovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
 
Nəsimi Hüseynov hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən tutulub. Ona qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsilə ittiham elan olunub. /Teleqraf.com/
 
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
46
2
moderator.az

3Mənbələr