AZ

Ombudsmandan mina təhlükəsi ilə bağlı beynəlxalq təşkilatlara ÇAĞIRIŞ

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva mina təhlükəsi ilə bağlı beynəlxalq təşkilatlara çağırış edib.

Ölkə.az xəbər verir ki, ombudsmanın müraciətində işğal dövründə Ermənistan tərəfindən Azərbaycan torpaqlarında basdırılmış minaların mülki şəxslərin və hərbi qulluqçuların həyatına təhlükə yaratmaqda və son qoymaqda davam etdiyi vurğulanıb. Qeyd edilib ki, son iki gündə işğaldan azad olunmuş Cəbrayıl rayonu ərazisində baş vermiş partlayışlar nəticəsində Azərbaycan Minatəmizləmə Agentliyinin əməkdaşı vəfat edib, bir neçə mülki şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alıb:

"İşğaldan azad edilmiş ərazilərimizdə basdırılmış minalar və partlamamış hərbi sursatlar bölgədə bərpa və yenidənqurma işlərinin icra edilməsinə, keçmiş məcburi köçkünlərin təhlükəsiz şəkildə öz yurdlarına qayıdışına və bu torpaqlarda yaşayışına, eləcə də ekoloji problemlər və onların yaratdığı fəsadlarla mübarizə dövründə sağlam ətraf mühitdə yaşamaq hüququnun təmin olunmasına ciddi maneə törədir.

Ermənistan tərəfindən otuz ilə yaxın işğal dövründə basdırılmış minaların dəqiq xəritələrinin təqdim olunmaması isə onların beynəlxalq hüquq və beynəlxalq humanitar hüququn norma və prinsiplərinə hörmətsizliyini hələ də açıq şəkildə nümayiş etdirməkdədir".

Ombudsman bildirib ki, beynəlxalq təşkilatlar Ermənistanın mina terroruna biganə qalmamalı, törədilən hərbi və ekoloji cinayətlərə, humanitar hüquq pozuntularına, o cümlədən uşaq hüquqlarının kobud şəkildə pozulmasına sərt reaksiya verməli, dəqiq mina xəritələrinin Azərbaycana təqdim edilməsi istiqamətində bu ölkəyə ciddi təsirlər göstərməlidir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
39
34
olke.az

10Mənbələr