AZ

Azərbaycan iki erməni hərbçisinin meyitinin qalıqlarını Ermənistana təhvil verib

2023-cü ilin sentyabr ayında həyata keçirilmiş antiterror əməliyyatından sonra işğaldan azad olunmuş ərazilərdə aparılmış axtarış işləri nəticəsində iki insana aid olduğu ehtimal edilən sümük qalıqları aşkarlanıb. Bizimyol.info xəbər verir ki, sümük qalıqları konkret olaraq, Daşkəsən rayonu istiqamətində Buğdadağ yüksəkliyinin və Kəlbəcər rayonu istiqamətində Dəvə dağının yaxınlığında aşkarlanaq götürülüb. Bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb. Məlumatda bildirilir ki, qalıqların 2022-ci ilin sentyabrında Ermənistan-Azərbaycan sərhədində baş vermiş döyüş zamanı həlak olmuş iki nəfər Ermənistan hərbçisinə aid olması müəyyənləşdirilib. Həmçinin Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi-tibb baş idarəsinin genetik araşdırmalar mərkəzində molekulyar-genetik ekspertiza keçirilib. Ekspertiza nəticəsində həmin meyit qalıqlarının itkin düşmüş iki Ermənistan hərbçisinə aid olduğu təsdiqini tapıb. “Azərbaycan Respublikası xoşməramlı niyyətini və humanizm prinsiplərinə sadiqliyini növbəti dəfə nümayiş etdirərək, 21 iyun 2024-cü ildə üçüncü tərəfin və ya hər hansı digər vasitəçinin iştirakı olmadan iki erməni hərbçisinin meyit qalıqlarını Ermənistana təhvil verib”, - məlumatda qeyd olunur. Aytən, Bizimyol.info

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
43
49
bizimyol.info

10Mənbələr