AZ

HadisəBərdədə güclü külək çoxillik ağacı aşırıb, bir neçə qəbir dağılıb

Bərdə rayonunda güclü qasırğanın aşırdığı irigövdəli ağac qəbirlərə ziyan vurub.

“Far.Az”un Qarabağ bürosunun məlumatına görə, ötən gecə baş verən qasırğa Bərdə rayonunda ciddi fəsadlar törədib.

Rayonun Kələntərli kənd qəbiristanlığında güclü küləyə tab gətirməyərək aşan çoxillik qovaq ağacı Sarıtel Misir qızı Cavadova və Asim Məhəmməd oğlu Cavadovun qəbirlərini tamamilə dağıdıb. Aşan ağacın zərbəsi nəticəsində ətrafda olan qəbirlərdən bir neçəsinin sinə daşlarında çatlar əmələ gəlib.

Kənd sakinlərinin bildirdiyinə görə, küləyin aşırdığı ağac qəzalı vəziyyətdə olub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
23
4
far.az

5Mənbələr