AZ

POLŞADA İKİ RUSİYA VƏTƏNDAŞI CASUSLUQDA İTTİHAM OLUNUB

Polşa prokurorluğu Krakov Rayon Məhkəməsinə “Vaqner” Özəl hərbi şirkət-in (ÖHŞ) döyüşçüləri olan və respublika ərazisində muzdlular cəlb edən Rusiya Federasiyasının iki vətəndaşına qarşı casusluq ittihamı irəli sürüb.

Tezadlar.az xəbər verir ki, bu barədə PAP-a Milli Prokurorluğun mətbuat katibi Przemyslav Novak bildirib.

“Müttəhimlər Polşa vətəndaşlarını, eləcə də Polşa ərazisində olan əcnəbiləri “Vaqner” ÖHŞ-də hərbi xidmətə cəlb edirdilər. işə qəbulun təşkilinə cavabdeh olan şəxslərlə birbaşa əlaqə yaratmaq mümkün olub”, - Novak bildirib.

Rusiya Federasiyasının iki vətəndaşı Andrey G. və Aleksey T. 2023-cü ilin avqustunda Daxili Təhlükəsizlik Agentliyinin (Polşa kəşfiyyat xidməti) əməkdaşları tərəfindən “casusluq və terror xarakterli beynəlxalq hərbiləşdirilmiş qrupda iştirak” şübhəsi ilə saxlanılıb. Onları 10 ilə qədər həbs gözləyir.

E.ŞİRİNOV

Seçilən
114
1
tezadlar.az

2Mənbələr