AZ

Şəhid Vüqar Nadir oğlu Qasımovun anım günündə xatirəsi yad edildi

İyun ayının 20-də Biləsuvar rayonunun Bəydili kəndində I Qarabağ müharibəsi şəhidi Qasımov Vüqar Nadir oğlunun anım günü ilə əlaqədar ata ocağı ziyarət olundu.

Ziyarətdə YAP Biləsuvar rayon təşkilatının sədr müavini Aqşin Qasımov və ictimaiyyət nümayəndələri iştirak ediblər. Ziyarətçilər şəhidimizin keçdiyi döyüş yolundan, göstərdiyi xidmətindən və şücaətindən bəhs edərək yaxınlarına başsağlığı vermişlər.

Məlumat üçün qeyd edək ki, Azərbaycan Ordusunun əsgəri olmuş Qasımov Vüqar Nadir oğlu 14 yanvar 1974-cü ildə Biləsuvar rayonunun Bəydili kəndində anadan olmuşdur. Biləsuvar rayon Bəydili kənd tam orta məktəbində təhsil almış və 21 may 1992-ci il Biləsuvar rayon Hərbi Komisarlığı tərəfindən hərbi xidmətə çağrılmışdır. Azərbaycanın ərazi bütövlüyü uğrunda şücaətlə vuruşmuş və cəbhənin Kəlbəcər rayonu ərazisində düşmənin aramsız hücumlarını dəf edərkən qəhrəmancasına şəhid olmuşdur. 20 iyun 1994-cü ildə Bəydili kənd qəbiristanlığında dəfn olunmuşdur. Ölümündən sonra adı əbədiləşdirilərək Bəydili kəndində yaşadığı küçəyə verilib.

Allah şəhidlərimizə rəhmət eləsin!

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
51
5
sesqazeti.az

10Mənbələr