AZ

Kirayə mənzildə yaşayan vəzifəli şəxslər üçün kompensasiyanın məbləği təsdiqlənəcək

Gömrük orqanlarında qulluq yerinin dəyişdirilməsi ilə əlaqədar yaşayış yeri olmayan və bu səbəbdən kirayə götürülmüş mənzildə yaşayan gömrük orqanlarının vəzifəli şəxslərinə və onların ailə üzvlərinə mənzil kirayəsi üçün pul kompensasiyasının ödənilməsi qaydası və məbləği təsdiqlənəcək.

 

Bu barədə Prezident İlham Əliyevin “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə” qanunun tətbiqi haqqında fərmanında bildirilib.

 

Fərmana əsasən, Nazirlər Kabineti iki ay müddətində gömrük orqanlarında qulluq yerinin dəyişdirilməsi ilə əlaqədar yaşayış yeri olmayan və bu səbəbdən kirayə götürülmüş mənzildə yaşayan gömrük orqanlarının vəzifəli şəxslərinə və onların ailə üzvlərinə mənzil kirayəsi üçün pul kompensasiyasının ödənilməsi qaydasını və məbləğini təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.

Tarix: 21 İyun 2024, 15:29   
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
27
7
pravda.az

8Mənbələr