AZ

Dələduzların yeni-yeni ideyaları bitmək bilmir - FOTO

Dələduzların yeni-yeni ideyaları bitmək bilmir - FOTO




Bu dəfə insanların cibinə girməkdən ötrü yeni üsula əl atan fırıldaqçılar "xəyali"  "Vero Bank" təşkilatının xidmətinə başlayıblar. Kimliyi bilinməyən şəxslər özlərini bank əməliyyatçısı kimi təqdim edərək insanlara müxtəlif məbləğlərdə kreditlər təklif edirlər və qarşılığında 50 azn rüsum tələb edilir. Dələduzların tələsinə düşmüş şəxsin Patrul.az-a bildirdiyinə görə, təklif verildikdən və vətəndaşdan razılıq alındıqdan sonra Kapital Banka aid olan hesab nömrəsi göndəriblər və vətəndaş o hesaba 50 azn rüsum ödəyib. Daha sonra şəxsin heç bir mesajına və ya sosial şəbəkə üzərindən zənginə cavab verilməyib. Sosial şəbəkə deyirik, çünki sim kart üzərindən gedən zənglərdə nömrənin təyin edilmədiyi müəyyən olunub.Dırnaq arası bank işçisi hətda ünvan və bankın giriş qapısının  şəklinidə göndərib. Amma təəssüflər olsun ki,nə belə bir bank,nə də banka aid orijinal şəkil yoxdur. Sadəcə olaraq dələduz hər hansısa şəklə öz zövqüncə dizayn verərək montaj edib. Buradan vətəndaşlarımıza müraciət edərək xəbərdarlıq etmək istəyirik ki, bu kimi hallarla üzləşərlərsə məlumatın doğruluğuna əmin olmadan heç bir halda ödənişlər etməsinlər və dərhal DİN-in "102" xidməti-zəng mərkəzinə məlumat versinlər.Tanımadığınız şəxslərə pul və fərdi məlumatlarınızı göndərməyin. Şübhəli linklərə keçid etməyin. Şifrələrinizi heç kimlə bölüşməyin. Bank kartının son istifadə tarixi, cvv kodu və 3D secure kodunuzu paylaşmayın. Tətbiqləri yalnız rəsmi mənbələrdən yükləyin. 2 faktorlu doğrulamanı aktiv edin.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
30
1
patrul.az

2Mənbələr