Əsas məqsəd dövlət xidmətlərinin göstərilməsi sahəsində keyfiyyətli idarəetmə sistemləri, vətəndaş məmnunluğu, o cümlədən innovativ həllərin tətbiqi ilə əlaqədar təşkilata üzv ölkələrin dövlət qurumları arasında birgə təcrübə mübadiləsinin aparılması olub.
Proqram çərçivəsində müxtəlif sessiyalarda Dövlət Agentliyinin nümayəndələri ilə yanaşı, müxtəlif ölkələrin müvafiq dövlət qurumlarının rəsmiləri tərəfindən geniş təqdimatlar edilib, suallar cavablandırlıb. QDİƏT-in Baş Katibliyi müvafiq vebinarın təşkilata üzv dövlətlər arasında səmərəli təcrübə mübadiləsinin təşviqində xüsusi rolunu vurğulayıb.
Xatırladaq ki, Dövlət Agentliyi müvafiq sahədəki qabaqcıl təcrübəsinə əsasən QDİƏT-in İnstitusional İslahatlar və Yaxşı İdarəçilik İşçi Qrupunun 2023 - 2025-ci illər üçün ölkə üzrə koordinatoru seçilib.