AZ

Toksikologiya üzrə metodik vəsaitin təqdimatına həsr edilmiş elmi simpozium keçiriləcək 

28 iyun 2024-cü il tarixində Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin və Mərkəzi Gömrük Hospitalının birgə təşkilatçılığı ilə toksikologiya üzrə metodik vəsaitin təqdimatına həsr edilmiş elmi simpozium keçiriləcək.
 
Mərkəzi Gömrük Hospitalından Aztibb.az-a verilən məlumata görə, simpoziumda “Zəhərli ilan sancmaları zamanı diaqnostika, təxirəsalınmaz yardım və müalicə. İlan zəhəri əleyhinə zərdabın istifadəsinə göstərişlər, ilan sancmalarının profilaktikası”, “Qaraqurd hörümçəyinin zəhəri ilə zəhərlənmə zamanı təxirəsalınmaz yardım və müalicə”, “Əqrəblərin zəhəri ilə zəhərlənmə zamanı təxirəsalınmaz yardım və müalicə” və “İtarısı, bal arısı və eşşəkarısının sancması zamanı təxirəsalınmaz yardım və müalicə” mövzularında məruzələr dinləniləcək.
 
Elmi simpozium proqrama uyğun olaraq xüsusilə təcili və təxirəsalınmaz tibbi yardım üzrə həkim, terapevt, toksikoloq, allerqoloq və dermatoveneroloq ixtisasına malik həkimlər və rezidentlər üçün nəzərdə tutulub.
 
Tədbir Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Davamlı Tibbi Təhsil üzrə elm və tədris tədbirlərinin akkreditasiya Qaydaları“ əsasında akkreditasiya olunaraq 4 DTT balı ilə qiymətləndirilib.
 
Yerlər məhdud olduğu üçün qeydiyyatdan keçmək mütləqdir!
 
Simpoziumda iştirak ödənişsizdir. Hərkəs tədbirdə iştirak üçün dəvətlidir!
 
Qeydiyyatdan keçmək üçün link: https://forms.gle/CTEzdi7fcNkKvD7d6
 
Ətraflı məlumat almaq üçün link: https://customshospital.az/toksikologiya-uzre-metodik.../
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
27
1
aztibb.az

2Mənbələr