AZ

Tovuzda zəncirvari qəza - ölən və xəsarət alanlar var

Tovuz rayonunda bir nəfərin ölümü, iki nəfərin xəsarət alması ilə nəticələnən zəncirvari avtomobil qəzası olub.

Milli.Az report-a istinadən xəbər verir ki, hadisə Tovuz şəhər bazarının yaxınlığında baş verib.

Belə ki, 1956-cı il təvəllüdlü N.Cəfərovun idarə etdiyi avtomobil bir neçə avtomobilə çırpılıb. Zəncirvari qəza nəticəsində N.Cəfərov ölüb, 1970-ci il təvəllüdlü K.Şirinova və 1956-cı il təvəllüdlü Q.Şirinov xəsarət alıb.

Zərərçəkənlər xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Seçilən
42
16
milli.az

10Mənbələr