AZ

"Qohum evlilikləri ilə bağlı nə qədər sərt qadağa qoysaq da.." - Deputat

Azərbaycanda insanların sosiallaşma imkanları o qədər məhdudlaşıb ki, yaxın qohumdan o yana çıxa bilmirlər.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Mədəniyyət komitəsinin sədri Fazil Mustafa deyib.

Deputat bildirib ki, bu, əsasən kəndlərdə belədir: “Rayonlarda, kəndlərdə mədəniyyət evləri ölü vəziyyətdədir. Qanunvericilikdə yaxın qohum evlilikləri ilə bağlı nə qədər sərt qadağa qoysaq da, bunun nəticəsini yaxın vaxtda görə bilməyəcəyik”.

Qeyd edək ki, Ailə Məcəlləsinin 12-ci maddəsində (Nikahın bağlanmasına mane olan hallar) yaxın qohumlarla yanaşı qardaşların və (və ya) bacıların ümumi bioloji baba və (və ya) nənəsi olan uşaqlar, o cümlədən bioloji qohumluğu olan əmi (dayı) və qardaş (bacı) qızı, həmçinin bibi (xala) və qardaş (bacı) oğlu arasında nikahın bağlanmasına yol verilməyən yeni normanın təsbit edilməsi nəzərdə tutulur.


Müəllif: Tapdıq Qurbanlı
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
49
2
teleqraf.com

3Mənbələr