AZ

"Yaxın qohumlar arasında nikahın əsas səbəbi əmlakdır" - Deputat

“Ailə Məcəlləsinə olan dəyişikləri müsbət sayıram, səs verəcəyəm. Amma əsaslandırılmasını zəif sayıram. Yəni, nəticə haqqında daha çox danışıldı".

"Unikal" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Ailə Məcəlləsinə təklif olunan dəyişikliklərin müzakirəsi zamanı deputat Erkin Qədirli deyib. 

Deputat bildirib ki, yaxın qohumlar arasında nikahın əsas səbəbi əmlakdır: “Yaxın qohumlar arasında evlilik “əxlaqçı” yox, “əmlakçı” prinsiplə daha yaxşı qavranılır. Əmlak yad əllərə keçməsin. Bunun da yeganə səbəbi odur ki, əmlak qohumlardan kənara çıxmasın". 

E.Qədirli qeyd edib ki, Ailə Məcəlləsi, Cinayət Məcəlləsi və İnzibati Xətalar Məcəlləsi bir paketdə gəlib: “Mən Ailə Məcəlləsinə səs verəcəyəm, amma Cinayət və İnzibati Xətalar Məcəlləsinə olan dəyişiklikləri dəstəkləyə bilmirəm. Onların bir paketdə gəlməsi ona görə yanlışdır ki, Ailə Məcəlləsi ilə Cinayət və İnzibati Xətalar Məcəlləsi ayrı-ayrı hüquq sahələridir".

Anar Kəlbiyev

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
22
50
unikal.az

10Mənbələr