AZ

Avtomobilini əlilliyi olanların avtomobilləri üçün parklanma yerlərində saxlayanlar üçün cərimələr 6 dəfə artırılır

Əlilliyi olan şəxslərin nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş parklanma yerlərində digər nəqliyyat vasitələrinin parklanmasına görə cərimələr 6 dəfə artırılır.APA xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.Layihəyə əsasən, əlilliyi olan şəxslərin nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş parklanma yerlərində digər nəqliyyat vasitələrinin parklanmasına görə altmış manat məbləğində cərimə ediləcək.Qüvvədə olan Məcəlləyə əsasən, əlilliyi olan şəxslərin nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş parklanma yerlərində digər nəqliyyat vasitələrinin parklanmasına görə on manat məbləğində cərimə edilir.Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.














Paylaş:

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
41
11
regionxeberlericom.az

10Mənbələr