AZ

İran mediası qondarma "DQR"nin bayrağını PAYLAŞDI

İranın yarırəsmi İSNA xəbər agentliyi “Ermənistan Fələstin dövlətini rəsmən tanıdı” başlıqlı xəbərində qondarma "DQR"nin bayrağını paylaşıb.

Musavat.com xəbər verir ki, bu barədə “Azad İran” telegram kanalı məlumat yayıb.

Belə ki, İSNA Ermənistan XİN-nin İrəvanın Fələstin dövlətini rəsmən tanıdığını açıqladığı xəbərdə şəkil yerləşdirib. Həmin şəkildə qondarma "DQR" üçün yazılan yalançı tarixin bir parçası olan bayrağı da əks etdirilib.

Agentlik bildirib ki, bir neçə ölkənin Qəzzada müharibə davam edərkən Fələstin dövlətini tanıdıqlarını elan etməsindən sonra növbəti addım Ermənistan tərəfindən atılıb.

Musavat.com

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
381
50
musavat.com

10Mənbələr