AZ

Mərkəzi Bankdan uçot dərəcəsi ilə bağlı QƏRAR

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi sabit saxlanılıb.

Gundem.az AMB-yə istinadən xəbər verir ki, əvvəl olduğu kimi uçot dərəcəsi 7,25%-də qalıb, faiz dəhlizinin aşağı həddi 6,25%, faiz dəhlizinin yuxarı həddi isə 8.25% səviyyəsində dəyişməz saxlanılıb.

AMB bildirir ki, bu qərar faktiki və proqnozlaşdırılan inflyasiyanın hədəflə (4±2%) müqayisəsi, inflyasiya amillərinin dinamikası və risk balansının qiymətləndirilməsi nəzərə alınmaqla qəbul olunub:

“İnflyasiyanı artıran və azaldan amillərin bir-birini neytrallaşdırması faiz dəhlizi ilə bağlı qərarı şərtləndirən səbəblərdəndir”.

Qeyd edək ki, ölkədə inflyasiya səviyyəsi hədəfdən aşağı olduqda faizlər endirilir, yuxarı olduqda isə faizlər artırılır. 2024-cü ilin may ayında 12 aylıq inflyasiya Azərbaycanda 0,3% təşkil edib. Belə vəziyyətdə AMB-nin daha yumşaq pul-kredit siyasəti yürüdəcəyini, faizləri bir qədər də endirəcəyini gözləmək olardı. Amma görünür, xarici amillərin qiymətlərə təsirini nəzərə alaraq AMB ehtiyatlı davranmağı üstün tutub.

Mümkündür ki, qarşıdakı aylarda həm hökumətin qəbul edəcəyi qərarlarla əlaqədar, həm də xarici amillərin təsiri ilə inflyasiya səviyyəsi proqnozlaşdırılan 2-6 faiz intervalına yüksəlsin. Bu şəraitdə faiz dərəcələrinin endirilməsi inflyasiyanın bir qədər də güclənməsini şərtləndirə bilər. Qısası, risk amili AMB-ni ehtiyatlı davranmağa vadar edib.(sfera.az)

Seçilən
64
1
gundem.az

2Mənbələr