AZ

İranlı sünnilər çağırış etdi: Seçkilərə qatılmayın!

İranda yaşayan sünnilərin nüfuzlu təşkilatı - İran Sünnilərinin Milli Şurası iyunun 28-də keçirilməsi planlaşdırılan prezident seçkiləri ilə bağlı bəyanat yayıb.
BUTA.TV xəbər verir ki, bu barədə şuranın sosial media hesabında paylaşım edilib. Bəyanat müəllifləri sünnilərə qarşı ayrı-seçkiliyi xatırladaraq, seçkilərin onların vəziyyətinin dəyişdirilməsi üçün heç bir əhəmiyyət daşımadığını vurğulayıblar: “İranda həqiqi və xalqların iradəsinə əsaslanan seçkilər keçirilməyib. Bu, sadəcə hakimiyyətə legitimlik qazandırmaq üçün qurulan nümayişdir”.

İran Sünniləri Milli Şurası ölkədə yaşayan bütün sünniləri iyunun 28-dəki seçkiləri boykot etməyə, hakimiyyətin şousunda iştirak etməməyə çağırıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
23
2
buta.tv

3Mənbələr