AZ

Nasaz kiçik elektrik nəqliyyat vasitəsini icarə verənlər cərimələnəcək

Bakı. Trend:

Kiçik elektrik nəqliyyat vasitələrinin operatorları tərəfindəntexniki cəhətdən nasaz olan kiçik elektrik nəqliyyat vasitəsininicarəyə (istifadəyə) verilməsinə görə cərimə müəyyən edilir.

Trend-in məlumatına görə, bu barədə məsələ Milli Məclisin bu günkeçirilən iclasında müzakirə edilən İnzibati Xətalar Məcəlləsinədəyişiklikdə əksini tapıb.

Kiçik elektrik nəqliyyat vasitələrinin operatorları tərəfindəntexniki cəhətdən nasaz olan kiçik elektrik nəqliyyat vasitəsininicarəyə (istifadəyə) verilməsinə görə dörd yüz manatdan altı yüzmanatadək məbləğdə cərimə edilir.
Bu xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədənxəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərərvurulmasına görə min manatdan min iki yüz manatadək məbləğdə cəriməedilir.

Müzakirələrdən sonra sənəd səsverməyə qoyularaq birinci oxunuşdaqəbul edilib.

Məqalədə:
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
17
16
az.trend.az

10Mənbələr